Terrorçubaşı “Zaqros gedərsə, Qəndil düşər” demişdi: TÜRK ƏSGƏRİ ZAQROSU PKK-dan TƏMİZLƏDİ

Baxış sayı:
5098

Qəndilə sarı irəliləyən Türk əsgəri PKK-nın Zaqros sahəsi deyə adlandırdığı "Yüksekova-Şemdinli-Çukurca" xəttində və İraqın içərilərinə doğru 40 km-lik ərazidə təhlükəsizliyi təmin edərək Türkiyəyə olacaq hücumları tamamilə kəsdi.
 
Qəndildəki terrorçu yuvalarını təmizləyən Türk əsgəri sərhəd arasındakı quru ərazilərdən irəliləyişi davam edərkən, sərhədin sıfır nöqtəsindəki terrorçu məskunlaşma sahələri də təhlükəsizlik qüvvələri tərəfindən təmizlənib. Türk əsgərinin, İraq sərhədindən başlayaraq 40 kilometr irəli keçərək təhlükəsizlik dəhlizi yaradıb, daimi baza bölgələri qurması ilə sərhəd məntəqələrinə qarşı hücumlar da bıçaq kimi kəsildi. Terrorçu təlxəklərinin asdıqları əski parçalarının yerində indi qurulan uzunmüddətli yüksək müdafiəli bazaları və orada ay-ulduzlu bayraqlar dalğalanır.
Şırnakın İraq sərhədi arasındakı Haftanin bölgəsindəki Keşan Düşərgəsi ilə Hakkari Çuxurcanın qarşısındakı Golka, Situna, Dola Baze düşərgələri 6 təyyarə ilə 2 saat ərzində vurulub. PKK-nın Zaqros sahəsi - deyə adlandırdığı Yüksekova, Şemdinli, Çuxurca sərhəd xətti terrorçulardan tamamilə təmizlənib. Sərhəddən 40 kilometr içəri girən təhlükəsizlik qüvvələri sərhəd məntəqələri ətrafındakı ərazini 24 saat izləyir. Bu sayədə sərhəddəki birliklərə qarşı təcavüz və təcavüz cəhdləri başlamadan əngəllənib.
 
ZAQROS GETSƏ, QƏNDİL DÜŞƏR
 
Terrorçubaşı Murad Qarayılanın media sözçüsü Amed Malazgirt kod adlı Fəhmi Atalay ilə simsiz rabitə vasitəsi ilə danışıqlarında Türk əsgəri Zaqros sahəsində nəzarəti təmin edərsə, başda Zap və Qəndil olmaqla, İran və İraqdakı bütün bazaların təhlükə altında olacağını deyib. Danışıqda, terrorçubaşı əməliyyat sahəsinin daha da genişlənəcəyinə diqqət çəkərək “Zagros getsə, Qəndil də, Zap da düşər, nəyin bahasına olursa, olsun, meydanı tərk etməyin" deyə, etiraf edib.
Müxalifət.az