“Ticarət müharibəsi” RƏSMƏN BAŞLADI

ABŞ rəhbərliyi, Çindən idxal edilən 34 milyard dollar dəyərindəki 800-dən çox məhsula 25 faiz əlavə gömrük vergisi tətbiq etməyə rəsmən başladı. Beynəlxalq mətbuat, bu hadisə ilə “ticarət müharibəsi”nin rəsmi olaraq qüvvəyə mindiyini yazdı.
Qlobal bazarları narahat edən "ABŞ-Çin ticarət müharibəsi" qarşılıqlı addımlarla adətən qartopu kimi böyüməyə davam edir.
ABŞ prezidenti Donald Trampın "texnologiya oğurluğu ilə ədalətsiz ticarət tətbiq etmələri" səbəbindən Çin qeydiyyatlı texnologiya məhsullarına tətbiq etdiyi 50 milyard dollarlıq gömrük vergilərinin ilk hissəsi, daha öncə açıqlandığı kimi, Vaşinqton yerli saatıyla 00.01-də rəsmən icraata başladı.
Çinin 200 milyard dollarlıq gömrük vergilərinə də misli ilə cavab verdiyi təqdirdə 200 milyard dollarlıq məhsula daha əlavə gömrük vergisi tətbiq edəcəyini bildirən Trampın ticarət müharibəsini hara qədər davam etdirəcəyi maraqla gözlənilir.
Müxalifət.az