Türk hakerlər YUNANISTANI VURDU

Baxış sayı:
4999

Türk hakerlər dövlət çevrilişində iştirak edənlərə qucaq açan Yunanıstanı hədəf alıb. Hakerlər Yunanıstan Prezident saytını iflic edərək, bütün girişlərə bağlayıb.
 
15 iyul dövlət çevrilişi cəhdinin müvəffəqiyyətsiz olmasından sonra Türkiyədən hərbi vertolyotla qaçan 8 nəfər çevrilişçiyə Yunanıstan qucaq açdı. Son olaraq Yunanıstanda 8 çevrilişçiyə siyasi sığınma haqqı verməsi Türkiyədən böyük təpkiyə səbəb oldu.
Türkiyəyə qarşı bu mövqeyinə səssiz qalmayan Türk haker qrupu “Aslan Nəfərlər Qrupu”, Yunanıstanı hədəf alıb. Sosial media hesabından hücum edən “Aslan Nəfərlər Qrupu”, Yunan Prezidentinin rəsmi saytını bütün girişlərə bağlayıb.
Yunanıstan Prezidentinin rəsmi saytının son vəziyyəti:
 

Müxalifət.az