​Gürcüstanda təbii fəlakət: Kəndin ətraf aləmlə əlaqəsi kəsildi

Baxış sayı:
3604

İyulun 5-də Gürcüstanın Svaneti bölgəsində təbii fəlakət baş verib.
Muxalifet.az xəbər verir ki, dağlara yağan güclü yağışlar nəticəsində torpaq sürüşməsi və güclü sel yaranıb. Nəticədə Çuberi kəndini əhatə edən Nenskara çayı daşıb. Güclü sel kəndi əhatə edən 4 körpünün hamısını dağıdıb.
Kənd sakinlərinin telefonla verdikləri məlumata görə, günorta saatlarında dağlardan güclü səs, ardınca sel gəlib. Bir neçə dəqiqədən sonra sel suları kökündən qopardıqları ağacları kəndin ortasına qədər gətirib. Bir neçə ev su altında qalıb.
Gürcüstanın Fövqəladə Hallar Xidməti faktla bağlı məlumat yayıb. Məlumatda dağlarda güclü leysan yağışlarının yağdığı, nəticədə torpaq sürüşməsinin baş verdiyi, çaylarda suyun səviyyəsinin artdığı, Çuberi kəndinin ətrafla əlaqəsinin tam kəsildiyi bildirilir.
Çuberi kəndinin əhalisinin əksəriyyəti svanlardır.