Norveç 27 ildir Türkiyəyə qarşı döyüşən PKK-çı qadını təhvil verdi – FOTO

Baxış sayı:
3424

Norveç PKK terror təşkilatının rəhbərlərindən olan Duran Qalxana yaxınlığı ilə tanınan Gülzar Daşdəmiri Türkiyəyə təhvil verib.

Muxalifət.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Qəndil dağlarındakı mağalarda xəstəliyə yoluxan Gülzar Daşdəmir Norveçə müalicə üçün gedib.

27 ildir terror təşkilatında türk əsgərlərə qarşı vuruşan PKK-lı Norveçdə də fəaliyyətini davam etdirib. Norveç dövlətinin rəsmi güc strukturları Gülzar Daşdəmirin Türkiyəyə təhvil verilməsi ilə bağlı qərar qəbul edib.