Almaniya etiraf etdi: YPG və PKK EYNİDİR

Baxış sayı:
3265

Alman kəşfiyyatı, hesabatda YPG-nin terror təşkilatı PKK-nın Suriyadakı davamı olduğunu təsbit edib.
 
Almaniyanın daxili kəşfiyyatı Konstitusiyanı Qoruma Təşkilatı, PYD və YPG-nin ölkənin xarici mənafelərini təhlükəyə atan terror təşkilatı PKK-nın Suriyadakı çıxıntıları olduğuni təsbit edib.
Schleswig-Holstein əyalətində Konstitusiyanı Qoruma Təşkilatının internet saytında dərc etdiyi 138 səhifəlik hesabatda, ölkədə fəaliyyət göstərən qeyri-qanuni qrup və terror təşkilatlarının 2017-ci ildəki vəziyyətini müşahidə altına alıb.
 
"YPG, PKK-nın SURİYA DAVAMIDIR"
 
Hesabatda, PYD-nin PKK-nın qardaş təşkilatı olduğu, YPG-nin də terror təşkilatı PKK-nın Suriyadakı çıxıntılarından biri olduğu müəyyən edilib. PYD-nin Almaniyada ayrı bir strukturunun olduğu ifadə edilən hesabatda, PYD-nin Schleswig-Holstein əyalətində dərnək olaraq təşkilatının olmadığı, ancaq Kiel-deki PKK-ya yaxınlığı ilə tanınan dərnəyin nəzdində fəaliyyət göstərdiyi qeyd olunub.
Terror təşkilatı PKK-ya 3 səhifə ayrılan hesabatda, Almaniyada 14500 nəfərin terror təşkilatının tərəfdarı olduğu və bunların 700-nün Schleswig-Holstein əyalətində yaşadıqlarına işarə edilib.
Hesabatda, dərnək statusundakı Almaniya Demokratik Kürd Cəmiyyət Mərkəzinin (NAV-DEM) də PKK-nın məqsədləri istiqamətində hərəkət etdiyinə diqqət çəkilib.
Hesabatda həmçinin gizli və qanunsuz hərəkət edən iyerarxik strukturdakı terror təşkilatının Almaniyanı 33 bölgəyə ayıraraq təbliğat fəaliyyətlərini davam etdirdiyi aşkar edilib.
Müxalifət.az