Sarkisyanın qardaşı TƏHLÜKƏSİZLİK XİDMƏTİ TƏRƏFİNDƏN APARILIB
5-07-2018 12:35
Baxış sayı:
3040

Dünən gecə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları sabiq prezident Serj Sarkisyanın qardaşı - Aleksandr (Sasik) Sarkisyanı özləri ilə aparıblar.
Aleksandr Sarkisyan, aparıldığı zaman Milli Təhlükəsizlik Xidmətinin mənzilində nə üçün axtarış etdiyini və orada nələri tapdığına dair jurnalistin sualına cavab verməyib.
Xatırladaq ki, dünən Ermənistanın MTX əməkdaşları Tumanyan-11 ünvanında yerləşən yaşayış məntəqəsində təxminən on saat müddətində xüsusi bir axtarış əməliyyatı keçiriblər. Qeyd edək ki, həmin ünvandakı binada xüsusi bir lift Sarkisyanın ailəsi üçün nəzərdə tutulub.
Müxalifət.az