İranda 4 nəfər dara çəkildi – SƏBƏB
5-07-2018 12:06
Baxış sayı:
3322

İranda qətl törətməkdə ittiham edilən və barələrində ölüm hökmü çıxarılan daha 4 məhkum edam olunub.
Muxalifət.az xəbər verir ki, iranlı hüquq müdafiəçilərinin yaydığı məlumata görə, qətldə günahlandırılaraq ölümə məhkum edilmiş Cavad Darabi, Məhəmməd Nurəfkən və Həsən Gümşadi iyulun 4-ü sübh saatlarında Kərəcin Rəcayişəhr həbsxanasında dara çəkilib.
Eyni ittiham üzrə 52 yaşlı daha bir müttəhim – Məhəmməd Əli isə Təbrizin mərkəzi həbsxanasında dar ağacından asılıb.
Qeyd edək ki, İran İslam Respublikası həyata keçirdiyi edamların sayına görə dünyada birinci yeri tutur.