TSQ açıqladı: PKK-ya AĞIR ZƏRBƏ
5-07-2018 11:03
Baxış sayı:
2827

TSQ, İraqın şimalında keçirilən hava hərəkatında 11 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Türk Silahlı Qüvvələri (TSQ), Şırnakın kəndi ilə İraqın şimalındakı Qəndil, Avaşin-Basyan və Qara bölgələrinə dünən və bu gün keçirilən hava hərəkatlarında 11 silahlı terrorçunu zərərsizləşdirib.
Türkiyənin Baş Qərargahının Twitter hesabından edilən açıqlamada, Türk Silahlı Qüvvələri, Şırnakın kəndi ilə İraqın şimalındakı Qəndil, Avaşin-Basyan, Qara bölgələrinə, 3-4 iyulda keçirilən hava hərəkatlarında separatçı terror təşkilatına aid sığınacaq, sursat anbarları və hərbi düşərgələrin məhv edildiyi qeyd edilib.
Açıqlamada, hava əməliyyatlarında 11 silahlı terrorçunun da təsirsiz hala gətirildiyi bildirilib.
Müxalifət.az