Trampdan neftlə bağlı açıqlama: QİYMƏTLƏRİ AŞAĞI SALIN

Neft qiymətlərindəki artım üçün bir daha OPEK ölkəsi üzvlərini günahlandıran ABŞ prezidenti, "Qiymətləri indi aşağı salmalıdırlar" - deyib.
ABŞ prezidenti Donald Tramp, neft qiymətlərindəki artımı tənqid edərək OPEK-dən qiymətlərin düşməsi üçün daha çox şey etməsini istəyib.
Twitter üzərindən açıqlama edən Tramp, "OPEK, benzin qiymətlərinin artdığını və bu barədə çox az şey etdiklərini xatırlamalıdır. Onlar qiymətləri qaldırırlar və ABŞ da OPEK üzvlərinin çoxunu çox kiçik bir bədəllə müdafiə edir. Bu gedişli gəlişli bir küçə kimi olmalıdır. Qiymətləri indi aşağı salmalıdırlar" deyib.
Trampın açıqlamalarından sonra ICE-də Brent markalı neftin barrel qiyməti 77,58 dollara qədər geriləyib. Bu sıralarda 57 cent azalma ilə 77,67 dollar səviyyəsinə enib.
NYMEX-də Qərbi Texas nefti 29 cent düşüşlə 73,85 dolar/barel səviyyəsindədir.
Müxalifət.az