Yardımılda MEŞƏ YANIR

Baxış sayı:
2767

Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

Bu barədə Muxalifət.az-a FHN-dən məlumat verilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.