Terror yuvası Qəndilin MÜHASİRƏSİ DARALIR

Baxış sayı:
2851

Türk əsgərinin Şimali İraqda Qəndilə irəliləyişi davam edir. Qırmızı beretli qruplar hava dəstəkli əməliyyatda Hakurk Dərəsini də içinə alan Bradost və Barazgir sahəsində 17 ayrı məskunlaşma və hərbi düşərgə sahəsini terrorçulardan təmizləyib.
 
Türkiyə- İraq sərhədindən 40 kilometr dərinliyə qədər irəliləyən Baş Qərargah Özəl Qüvvələr Komandanlığına bağlı Qırmızı beretli Komandolar tim hava dəstəkli əməliyyatda Hakurk Dərəsini də içinə alan Bradost və Barazgir sahəsində 17 ayrı məskunlaşma və hərbi düşərgə sahəsini terrorçulardan təmizləyibb. Süleymaniyyənin Ranya rayonu ilə Ərbilə bağlı Sidekan, Soruşan və Revanduz rayonlarının çöl hissəsini içinə alan sahədə və Qəndil bölgəsi ətrafında nöqtə əməliyyatlar nəticəsində terrorçulara məxsus çoxsaylı ağır texnika, tüfəng və 6 ədəd Doçka zenit qurğusu ələ keçirilib. Yerli xalqla da yaxın təmas quran Türk əsgəri, bölgədə olma məqsədlərini və səbəblərini yerli xalqla bölüşür.
Müxalifət.az