Xəstəxanaya gedən qadını avtomobil vurdu
5-07-2018 08:12
Baxış sayı:
2599

Hadisə 5 saylı Şəhər Klinikasının qarşısında baş verib
Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az "Report"-a istinadən xəbər verir ki, hadisə 5 saylı Şəhər Klinikasının qarşısında qeydə alınıb.
1987-ci il təvəllüdlü Məmmədova Pərvin Arzu qızı qeyd edilən xəstəxanaya gedərkən onu minik avtomobili vurub.
Yaralıya xəstəxananın həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.