​Körpə qatili İrəvan: Zəhranın ölümü… - Foto

Baxış sayı:
6973

Bu gün erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində öldürülən 2 yaşlı Zəhranın ölümündən bir il ötür.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, ötən ilin bu günü axşam saat 20:40 radələrində Füzuli rayonunun Alxanlı kəndinə ermənilərin mərmilər atması nəticəsində 2 yaşlı Z.Quliyeva və nənəsi Sahibə Quliyeva dünyasını dəyişmişdi.
Hadisə baş verən zaman 2 yaşlı Zəhra nənəsinin nəzarəti ilə həyətlərində oynayırmış.
Baş vermiş hadisədən sonra bütün beynəlxalq qurumlar məlumatlandırılıb, dünya mediası hadisəni geniş işıqlandırıb və azyaşlının ölümünə görə Ermənistanın hərbi-kriminal rejimi tənqid edilib.