İVANİŞVİLİ CASUSU ORDUNUN İÇİNƏ BURAXIR

Baxış sayı:
6535

Rusiya Milli Təhlükəsizlik Şurası ordu bölmələrinin müxtəlif sursatlarla təchizi üçün təşkil edilən tenderə Pyotr Devrişadzenin şirkətinin buraxılması məsələsini müzakirəyə çıxaracaq.

Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili yayıb. Rakviaşvili şuranın iclasının NATO-nun Brüssel sammitindən az öncə keçiriləcəyini bildirib.

Qeyd edək ki, Devrişadze 8 il öncə Gürcüstan xüsusi xidmət orqanlarının keçirdiyi “Ənvər” əməliyyatı zamanı 12 nəfər tərəfdaşı ilə birgə həbs edilib. Devrişadze sonradan Saakaşvili hakimiyyəti tərəfindən “Rusiya casusu” kimi tanınıb./axar/