40 ölkə ABŞ-a QARŞI: ŞİKAYƏT ETDİLƏR

ABŞ-ın aralarında Avropa Birliyi, Çin və Yaponiyanın da olduğu aparıcı ticarət tərəfdaşları, Trampın avtomobil və ehtiyat hissələrinin idxalına əlavə vergi tətbiq etmək planlarını Dünya Ticarət Təşkilatına şikayət ediblər.
Yaponiya və Rusiya, Dünya Ticarət Təşkilatı Mal Ticarəti Şurasında müzakirə başladıblar, ABŞ-ın alacağı bu cür tədbirlərin buna qarşı tədbirlərə təkan verəcəyi və nəticədə beynəlxalq çoxmillətli ticarət sisteminin dağılacağı xəbərdarlığı edilib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 29 iyunda verdiyi açıqlamada, maşın və maşın hissələri idxalına əlavə verginin tətbiq olunmasına ehtiyacın olub, olmadığı mövzusunda araşdırmanın 3-4 həftə ərzində tamamlanacağını bildirib.
ABŞ-ın bu əlavə idxal vergisi planlarına dair narahatlıqlarını bölüşən və bu tariflərin DTT qaydalarına uyğun olmadığını irəli sürən ölkələr arasında Türkiyə, Kanada, İsveçrə, Norveç, Kosta-Rika, Honq Konq, Venesuela, Sinqapur, Braziliya, Cənubi Koreya, Meksika, Qətər, Tailand və Hindistan da var.
Müxalifət.az