Baykal TBMM iclasını idarə etməkdən imtina etdi
3-07-2018 17:27
Baxış sayı:
3727

CHP-nin Antalya millət vəkili Dəniz Baykal TBMM-in ilk iclasını idarə etməkdən imtina edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Dəniz Baykalın yerinə TBMM-in ilk iclasını Durmuş Yılmazın idarə edəcəyi açıqlanıb.
Qeyd edək ki, Konstitusiyaya görə, parlamentin seçkidən sonra ilk iclasını sədr seçilənə qədər məclisin ən yaşlı deputatı idarə etməlidir.