İrəvanda “Bakı böhranı”: Armendən Nikola qarşı SABOTAJ

Baxış sayı:
3733

Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyan Nikol Paşinyan hökumətinə qarşı açıq sabotaja başlayıb.

Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb. Qəzet Ermənistanın ölkədəki inqilabdan sonra nüfuzunun artdığını və bunun Mnatsakanyan tərəfindən Azərbaycana qarşı mübarizədə istifadə edilmədiyini iddia edib:

“Nazir hər görüşündə belə məsələlərdən bəhs etmək yerinə heç bir addım atmır. Bunun səbəblərini başa düşmək çətindir. Belə fikir var ki, bu, təşkil edilmiş sabotajdır və bunda prezident Armen Sərkisyan da iştirak edir. Belə ki, Mnatsakanyan onun kadrıdır. Mnatsakanyan 1993-cü ildə Sərkisyanla çalışıb. Deyilənlərə görə, Mnatsakanyanı XİN rəhbərliyinə məhz Sərkisyan gətirib”.