Xəzərin sahilini zibilləyən şəxs CƏRİMƏLƏNDİ
21-06-2018 10:44
Baxış sayı:
3367

Şüvəlan qəsəbəsində Xəzər dənizi sahilində tullantıların qalaqlanması ilə bağlı şikayət daxil olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı fakt öz təsdiqini tapıb. Tullantıların əraziyə Şüvəlan qəsəbə sakini Yusif Atayev tərəfindən atıldığı məlum olub.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 700 manat məbləğində cərimə edilib və ərazi tullantılar Şüvəlan bələdiyyəsi tərəfindən təmizlənib./publika/