TƏCİLİ: PKK-nın 2 LİDERİ YAXALANDI - QƏNDİLDƏ

Baxış sayı:
4675

Türk əsgəri addım addım Qəndilə irəliləyərkən kritik bir iddia irəli sürülüb. Terror təşkilatı PKK-nın hələ ki, adları məlum olmayan 2 mühüm rəhbərinin tutulduğu qeyd olunub.
 
“Aydınlıq” qəzetinin xəbərinə görə, gün ərzində adlarının açıqlanacağı bildirilən 2 yüksək səviyyəli PKK-lı liderin yaxalandığı və terrorçubaşı Öcalanın olduğu İmralı Adasındakı həbsxanaya aparıldıqları bildirilib.
 
Bu hadisə sıradan biro lay deyil, əksinə Türkiyənin terrorla mübarizəsinə, hətta seçki nəticələrinə təsir edəcək bir hadisədir.
Məlumata görə, PKK-nın üst səviyyədə iki rəhbəri Türkiyənin əlinə keçib.
Məlumatlara görə, PKK liderlərini cümə günü. ya da ən gec şənbə günü İmralı Adasındakı həbsxanaya aparacaqlar. Yəni Abdulla Öcalan olduğu eyni həbsxanaya salınacaqlar.
Əslində bu məsələ ilə bağlı, prezident Tayyib Ərdoğan 5 gün əvvəl bir işarə vermişdi.
"Sizə bir neçə gün içərisində daha başqa müjdələrimiz olacaq" demişdi, Ərdoğan.
Müxalifət.az