ABŞ-dan hər ağızdan bir avaz: “TÜRK ƏSGƏRİ MÜNBİÇƏ GİRMƏYƏCƏK” İDDİASI

Baxış sayı:
5284

ABŞ-ın Suriya və İraqda İŞİD-ə qarşı yeritdiyi “Təbii Qətiyyətlilik Əməliyyatı”nın sözçüsü polkovnik Sean Ryan, Pentaqon müxbirlərinə verdiyi açıqlamada Türk əsgərinin Münbiç mərkəzinə daxil olmayacağını deyib.
 
Keçdiyimiz günlərdə hər iki tərəfin anlaşdığı yol xəritəsi əsasında TSQ gücləri, Münbiç ətrafındakı məhəllələrə girdi. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Münbiç qısa müddətdə YPG-dən təmizlənəcək. Yol xəritəsi həyata keçiriləcək. Əsgərlərimiz Münbiçin içinə də girəcək" demişdi, ancaq dünən Münbiçlə bağlı açıqlama verən İraq və Suriyada İŞİD-ə qarşı aparılan “Təbii Qətiyyət Əməliyyatı”nın sözçüsü polkovnik Sean Ryan, Türk əsgərinin Münbiç mərkəzinə daxil olmayacağını irəli sürüb.
Ryan bir jurnalistin, "ABŞ və Türkiyə arasında Türk güclərinin Münbiçə girməyəcəyi ilə anlaşma varmı" sualına, “Bu anlaşmanın daha yeni koordinasiya edildiyini, prosesin hələ başlanğıc mərhələlərində olduqlarını, daha bütün detallar haqda qərar verilmədiyini, hərbi taktikaların gələcəkdə danışılacağını” söyləyib.
Sözçü Ryan, "Hələ bu məsələ ilə bağlı yekun qərar haqqında məlumatım yoxdur, amma bizə söylənən məlumata görə, Türk əsgəri Münbiçin içinə girməyəcək” deyə, bildirib.
Müxalifət.az