Rusiyanın geosiyasi layihəsi TÜRKİYƏNİN MARAQLARINA QARŞIDIR - Şok ssenari

Türkiyə, Suriyanın gələcəyi məsələsində Rusiya və İranla əməkdaşlıq edir, amma Rusiyanın o gələcək məsələsində Türkiyənin mənafeləri ilə tam üst-üstə düşməyən bir yeni sülh rejimi çalışması da var.
Suriyanın Tartus bölgəsindəki Manara sahəsində (Aralıq dənizi sahilindəki bölgə) Putinə çox yaxın olan iki Rus oliqarxı bu bölgədə böyük turizm bazaları yaratmaq üçün çalışır.
Arkadiy Rotenberg və Gennady Timçenko adlı Putinin çox yaxın ətrafından olan iki oliqarx, bölgənin infrastrukturuna böyük sərmayələr qoymağa başlamışlar. Bu iki şəxsin Suriyada olan Vaqner adlı muzdlu əsgər təşkilatını da maliyyələşdirdiyi bilinir. Yadınızdadırsa, bu Vaqnerin pullu əsgərləri Deyrizor bölgəsində Amerika tərəfindən vurulmuşdu.
Yaradılmağa çalışılan yeni turizm bölgəsinin çox yaxınlığında Rusların Aralıq dənizinə açılan ən böyük hərbi obyektləri də yerləşir.
KRIM ƏLAQƏSİ
Putin qısa müddət öncə Krımı Rusiyaya bağlayan 12 mil uzunluğundakı yeni körpünün açılışını edib. Bu körpüdən Krım limanlarından Suriyaya göndəriləcək gəmilərə yüklənən müxtəlif təyinatlı mallar gedir. Həmçinin gələcəkdə Rusiyadan Suriyaya tətilə gedəcək turistlərin də bu körpü vasitəsilə gəmilərə daha rahat çatması planlaşdırılır. Krım, Suriyayla bəzi sənaye investisiyalarının ön razılaşmasını da imzalayıb.
Rusiyanın regiondakı hərbi varlığı və bazası bölgənin turizm sahəsini tamamilə təhlükəsiz vəziyyətə gətirdikdən sonra Rus turistlərini bu bölgəyə yönəltməyi də planlaşdırır. Aparılan bütün hazırlıqlar buna işarə edir. Bu gerçəklər göstərir ki, Rusiyanın planlaşdırdığı digər sərmayələrlə birlikdə regiona tam şəkildə yerləşib və bunun Türkiyənin iqtisadiyyatına və gələcəkdə Suriyaya qoymaq istədiyi investisiyalara necə təsir edəcəyi müəyyən suallar yaradır. Ancaq bəlli olan odur ki, Rusiyanın həyata keçirdiyi planların ümumi istiqaməti Türkiyə xeyrinə deyil. Ona görə də Suriyanın siyasi gələcəyi məsələsində Türkiyənin Rusiya ilə daha ciddi şəkildə danışmasının lazım gələcəyini indidən demək olar.
Müxalifət.az