PKK Qəndildə ƏHALİNİN MOBİL TELEFONLARINI ALIB

TSQ-nin, Qəndil hərəkatı uğurla davam edərkən terror təşkilatı PKK-nın, Qəndil və ətrafındakı kəndlərdən məlumat sızmasını əngəlləmək üçün vətəndaşların telefonlarını aldığı, Gocan, Zergele, Berazgir və Halgurt ilə 6 bölgədə mobil baza stansiyalarını da sıradan çıxardığı bildirilib. Dinc kəndlilərin küçəyə çıxmasına qadağa qoyan terror təşkilatı, bölgəyə girişlərə də nəzarəti artırıb. PKK RƏHBƏRLİYİ HAVADAN VURULDU Digər tərəfdən, Qəndilin ətəklərindəki yerli xalqdan alınan məlumatlara görə, şənbə gecəsi keçirilmiş hava əməliyyatı ərəfəsində PKK terror təşkilatının rəhbər kadrlarının, Zergələ bölgəsinə gəldiyi təsdiqlənib. Bölgə xalqından adını gizli saxlayan bir səlahiyyətli, "Fərqli bölgələrdən nömrəsiz furqonlarla Zergələ kəndinə gələnlər oldu. Gecə yarısından sonra isə şiddətli bir hava əməliyyatı baş verdi" deyə, bildirərək PKK-nın rəhbər kadrlarının vurulduğunu təsdiq edib. Eyni mənbə, hava hərəkatından sonra PKK-nın bölgədəki bəzi mobil baza stansiyalarını yarasız hala gətirdiyini və Zergələ zonasında qaçaqmalçılıqla məşğul olan adamların telefonlarını əllərindən aldığını təsdiqləyib. Bu arada Türk döyüş təyyarələri Lilkan, Goraşan, Navmergan, Hakurk, Çiyadel və Gelireş bölgələrinə dünən gecə də hava əməliyyatı keçirib. Müxalifət.az