Corc Sorosdan QƏRBƏ “TÜRKİYƏNİ DAYANDIRIN” ÇAĞIRIŞI

Baxış sayı:
5221

Siyasi hakimiyyət çevrilişləri, iqtisadi böhranların taleyini müəyyən edən milyarder investor və fond rəhbəri Corc Soros, Balkanlardakı Türkiyə-Rusiya-Çin təsirinin qırılması üçün ABŞ və Aİ-nı vəzifəyə çağıran bir məqalə yayıb.
 
ABŞ-lı milyarder Corc Soros ilə oğlu Aleksandr Soros, Makedoniyanın adı ilə bağlı Afina ilə Üsküp arasında imzalanan müqaviləyə dair bir məqalə qələmə alıb.
Ata-oğul Soros Açıq Cəmiyyət Fondlarının yüksək səviyyəli nümayəndələri sifətilə “New York Times” qəzetində dərc etdikləri məqalədə Türkiyə ilə bağlı dəyərləndirmələrə də yer verib.
 
ƏRDOĞANIN VARLIĞI HƏR BİR ÖLKƏDƏ HİSS EDİLİR
 
“Balkanlarda Avropanı böhrana salmaq üçün bir şans” başlıqlı məqalədə, transatlantik ittifaqında birliyin 2-ci Dünya Müharibəsindən bəri ən aşağı nöqtəyə gerilədiyi və hər bir milli seçkidə Avropa Birliyinin birliyinə meydan oxunduğuna diqqət çəkilib.
ABŞ ilə Avropa, bölgədəki yeganə oyunçular deyil. Rusiya maraqları təhdid edilirsə, hələ də potensial NATO üzvlüyü söhbət predmetidirsə, dərhal müdaxilə edəcəyini aydın şəkildə göstərdi. Qaradağda 2016-daki uğursuz dövlət çevrilişi cəhdində bunu etdi” iddiasında olan ata-oğul Soros, “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan varlığını hər bir dövlətdə hiss etdirir” - dedi.
 
TÜRKİYƏNİN KİPRDƏKİ VARLIĞI AB-nin QARŞISINDA ƏNGƏLDİR
 
Balkanları Dairə-Yol layihəsini Avropaya giriş nöqtəsi etmək istəyən Çinin regiondakı ən böyük investorlardan biri olduğunu bildirən Soroslar, “bu meyllərə qarşı qərarlı bir şəkildə fəaliyyət qoymaq lazımdır”, amma bunun asan olmayacağını dilə gətirib. Bu səylərdə AB-nin önündəki maneələrdən biri olaraq Türkiyənin Kiprdəki varlığını göstərib.
 
BALKANLAR AZAD TİCARƏT ZONASI TƏKLİFİ
 
Aİ-nin Balkan ölkələrini bir-bir yox, hamısının birdən Aİ-nin dəyərlərinə uyğun hala gəlməsi prosesi nəticəsində tək bir vahid kimi tərkibinə almasını təklif edən Soroslar, beləliklə, birlik içində kiçik bir birlik yaradacaq Balkan ölkələri arasında tarixi münaqişə və rəqabətin dirilməsinin önünə keçiləcəyini bildirib.
 
KEÇMİŞ YUQOSLAVİYANIN YENİDƏN CANLANMASI DEYİL
 
Balkanlardakı bu mümkün iqtisadi ittifaqın keçmiş Yuqoslaviyanın dirçəlişi olmayacaq, ancaq ABŞ ilə Avropanın dəstəkçiləri halına gəlməsinə ehtiyac duyacağı tezislərini işləyən Soroslar, “Bu, başda, Aİ-yə əlavə kimi, azad ticarət, malların və insanların sərbəst hərəkəti sayəsində meydana gələn kövrək dövlətlər birliyi olacaq. Artan rifah və uyumlu birlikdə yaşamaq, bu dövlətləri, Pekinin Ankara və Moskvanın iqtisadi-diplomatik və hərbi təsirinə daha az açıq hala gətirəcək” - deyib.
 
TÜRKİYƏNİN NÜFUZ DAİRƏSİNƏ GİRİRLƏR
 
Bunun baş verməsi üçün bir şeyin həyata keçirilməməsinin dəhşətli nəticələri olacağını irəli sürən Soroslar, məqaləni belə bitirib:
Qərbli güclər, Balkan ölkələrini regional əməkdaşlıq və nəhayət Avropa Birliyinə gedən yolda saxlamağa nail ola bilməsələr, “Bu dövlətlər Rusiya, Türkiyə və Çinin nüfuz dairəsinə girəcək və yəqin ki, bunların arasında bölünəcəkdir. Yəni Balkanlar bir daha Balkanlaşdırılacaqdır”
Müxalifət.az