Bulvarda həyəcanlı anlar
19-06-2018 23:02
Baxış sayı:
6538

Dənizkənarı Bulvarda orta yaşlı qadının halı pisləşdi.
Muxalifet.az xəbər verir ki, Bulvar ərazisində təxminən 35 yaşlarında olan bir qadının halı qəfil pisləşib.
Bu səbədən o, müvazinətini saxlaya bilməyib və yıxılıb. Hadisə yerinə dərhal Təcili Tibbi Yardım briqadası cəlb olunub.
Qadının yıxılarkən ayağını sındırdığı bildirilib.