​BMT ABŞ-a etiraz edib

Baxış sayı:
5974

BMT son 6 həftədə ABŞ-a qeyri-qanuni yollara daxil olan meksikalı miqrantların uşaqlarının Birləşmiş Ştatlar tərəfindən əllərindən məcburi alınmasına münasibət bildirib. Təşkilat Birləşmiş Ştatlardan siyasətində təcili dəyişiklik etməsini istəyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, BMT iyulun 6-dək Cenevrədə davam edəcək iclasında bu məsələni müzakirəyə çıxaracaq.
BMT-nin insan haqları üzrə baş komissarı Zeyd Raad Əl Hüseyn iclasdakı çıxışında bildirib ki, uşaqlara qarşı tətbiq olunan bu hal yolverilməzdir. ABŞ tərəfindən ailələrindən məcburi alınan 2 min uşaq təcili olaraq valideynlərinə qaytarılmalıdır.
Qeyd edək ki, Donald Trampın yeni qərarına görə, ABŞ-a qeyri-qanuni yollarla daxil olan miqrantların uşaqları onlardan məcburi alınaraq Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin sığınacaqlarına verilir.