Girovların qaytarılması üçün milyard dollar... – QƏTƏRİN AZƏRBAYCANDAKI SƏFİRİ HAQDA ŞOK FAKTLAR

Baxış sayı:
8662

Və yaxud İraqdakı terrorçularla Qətər şövdələşməsində maestro 

“Vaşinqton post” Qətər şeyxlərinin hakim ailənin üzvlərinin azad edilməsi müqabilində qətərlilərdən pul alan, terrorçuluqda ittiham olunan İraqdakı qruplarla əlaqələri barədə məqalələr nəşr etdirib.
Hər hansı bir dövlət terrorçuluqda ittiham olunan şəxslərlə əməkdaşlıq edərsə, əvvəlcə regional səviyyədə öz legitimliyini itirəcək və beynəlxalq aləmdə tanınmama riski ilə üz-üzə qalacaq. Qətərin sonda qarşılaşacağı dilemma məhz budur.

Beynəlxalq kütləvi informasıya vasitələri “Vaşinqton post”-a istinadən 2017-i ilin aprel ayında İraqda oğurlanan və içərisində hakim sülalənin üzvlərinin də olduğu Qətər girovlarının maliyyə vəsaiti ödənilməsi müqabilində azad edilməsi üçün Qətərin terrorda ittiham edilən qruplarla əlaqələrinə işıq salan mövzulara geniş yer vermişlər.

Əl-Xəyərin

Məqalələrdə terrorda ittiham olunanlarla şübhəli sövdələşmələr aparan Zayed Səid əl-Xəyərin adlı bir Qətər diplomatından bəhs edilir.
Beynəlxalq diplomatiyadan sızan məlumatlara görə, o, Dohanın Azərbaycanın paytaxtı Bakı şəhərində - ən yaxşı halda çirkli pulların yuyulması məqsədi ilə - səfiri təyin edilib.
Onun nəzərlərdən uzaqlaşacağı - xüsusilə girovların azad edilməsi problemində terrorçuluqda ittiham olunanlarla danışıqlarda onun oynadığı böyük rolu təsdiqləyən hesabatların yayılmasından sonra - gözlənilən idi. Belə görünür ki, Qətər hökuməti onun bir neçə dövlətdən olan terrorçularla əlaqələrinə görə, ona səxavət göstərmiş və o da öz növbəsində terrorçulara “Əsrin sövdələşməsi” adını alan bəlkə də həcmi milyard dollara çatan böyük bir məbləğ ödəmişdir.
Bütün bunlar Bağdaddan Azərbaycana göndərilən bu müəmmalı insan və onun terrorçu, silahlı qruplar, İranlı qiyamçılar və İran İnqilabı Mühafizəçilər Korpusu ilə əlaqələri barədə ciddi şübhələr doğurur.

Şantaj

“Vaşinqton post”-un məlumatına görə, aprelin 16-da səhər çağı Qətər diplomatlarından olan məsul şəxslərdən biri öz hökumətinə məktub göndərərək, ölkəsinə qarşı edilən insan oğurluğu cinayəti barədə şikayət edib, İraqda oğurlanan 25 Qətər vətəndaşını azad etmək üçün gizli danışıqlara başlamağı xahiş etmişdir.
Danışıqlar zaman keçdikcə şantajın bir növünə çevirilirdi. Belə ki, daha çox pul almaq üçün altı silahlı qrup Qətərə təzyiq etməyə səy edirdi. O zamanlar İraqda Qətərin səfiri və girovların azad edilməsi üzrə aparılan danışıqların rəhbəri Zayed Səid əl-Xəyərin yazırdı ki, suriyalılar, Livandakı Hizbullah və İraqdakı Hizbullah briqadaları… bunların hamısı pul istəyir. Bu onlar üçün fürsətdir, onların hamısı oğrudur. Sənədlər təsdiqləyir ki, qətərlilər tələb olunan məbləği ödəmək üçün hazır idilər.
“Vaşinqton Post” qeyd edir ki, ailənin 9 üzvünü və İraqın cənubunda ov zamanı oğurlanılan digər 16 Qətər vətəndaşını azad etmək üçün yüksək rütbəli qətərlillər 275 milyon dollar ödəməyə razılıq vermışdilər.
Gizli məktublar ayrı-ayrı fərdlərə və vasitəçilərdən ibarət qruplara əlavə olaraq 150 milyon dollar ayrıldığını göstərir və İran İnqilabı Mühafizəçilər Korpusu, İraq müharibəsi dövründə ABŞ qüvvələrinə qarşı hücumlarda adları hallanan İraq yarım hərbi qüvvələri sayılan Hizbullah briqadaları ilə onun (Zayed Səid əl-Xəyərinin) əlaqələrindən bəhs edir.

Milyard dollar

“Vaşinqton post” aydınlaşdırır ki, bu məbləğlər İran, İraq və Türkiyə hökumətləri, Livan Hizbullahı və ən azı iki Suriya müxalifət qrupu, o cümlədən Əl-Qaidə ilə əlaqədə olan Nusra cəbhəsi ilə bağlanılan ən böyük sövdələşmənin bir hissəsidir. Girovların qaytarılması üçün tələb olunan ümumi məbləğ milyard dollara qədər artdı. Lakin sənədlər hələ də danışıqların sonunda razılaşdırılan son məbləği açıqlamır.
Girovların sərbəst buraxılmasını təmin etmək üçün bir sıra ölkələrdən yardım aldığını etiraf edən Qətər hökuməti qəti şəkildə sövdələşmənin bir hissəsi kimi terrorçu təşkilatlara pul ödəməsini inkar edərək, bu hadisələr haqqında yayılan məlumatlara da etiraz etmişdir.

Qasım Süleymani

Qəzet bildirir ki, məsul vəzifələr tutan Qətər diplomatları İrandan, İraqdan olan məsul şəxslərə və yarımhərbi qüvvələrin rəhbərlərinə beş miilyondan əlli milyona qədər əlavə ödənişlər və Hizbullaha 25 milyon dollar, İran İnqilabı Mühafizəçilər Korpusunun rəbəri və girovlara aid müqavilədə əsas iştirakçı Qasım Süleymaniyə 50 milyon dollar ayrılması haqqında müqavilə imzalayıblar.
“Vaşinqton post” qəzetində dərc olunan məqalədə əl-Xəyərin Hizbullahın məsul şəxslərindən birinə unvanladığı mesajın mətni göstərilir. Orada deyilir ki, “vətəndaşlarımızı geri aldıqdan sonra pullarınızı alacaqsınız”.
Qətər mətbuatı əl–Xəyərini güclü şəkildə tərifləyir və onu "dürüst diplomat" adlandırır. Doha mediası deyir: "Səfir Zayed Səid əl-Xəyərin ən qaynar və gərgin bölgələrdə Qətəri təmsil edib. Həmçinin O, Ərəb inqilablarının başlanğıcında Suriyada Qətəri təmsil edib və orada Qətərin maraqlarını və investisiyalarını qorumağa müvəffəq olub. O, öz vəzifələrini ağıllı və məhsuldar bir şəkildə yerinə yetirdikdən sonra Suriyanı tərk edən Körfəz ölkələrinin ən son səfiri olub. O, hətta
Suriyada səfirləri buranı tərk etmiş bütün Körfəz ölkələrini təmsil edib və sonuncu qətərli və körfəzli Suriyanı tərk etməyənə qədər burada qalıb.

Mahmud Əl-Audi

Qeyd: Məqalənin tərcüməsi Muxalifet.az-a oxucularımızdan biri tərəfindən təqdim olunub.