Daha bir ölkə səfirliyi Qüdsə köçürür
19-06-2018 15:42
Baxış sayı:
6001

Kolumbiya İsrailin Təl Əviv şəhərindəki səfirliyini Qüdsə köçürə bilər.
Muxalifət.az xəbər verir ki, bunu Kolumbiyanın yeni seçilən Prezidenti İvan Duque Markez söyləyib.
O, özünü İsrailin dəstəkçisi kimi təqdim edib.
İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi Modi Əfraim Duquenin seçilməsini məmnuniyyətlə qarşıladıqlarnı deyib.
Qeyd edək ki, bundan öncə ABŞ, Qvatemala və Paraqvay İsraildəki səfirliyini Təl Əvivdən Qüdsə köçürüb.