ALMANLAR: “Bir neçə ildən sonra balans dəyişəcək!” - TÜRKİYƏ VAR GÜCÜ İLƏ SİLAHLANIR

Baxış sayı:
5860

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Almaniya mətbuatı Türkiyənin Yunanıstanı çox geridə qoyaraq güclənəcəyindən yazıb.

Yunan iqtisadiyyatının gündən-günə pisləşdiyini bildirən almanlar Türkiyənin Avropa üçün daha da mühüm mövqedə duracağını yazıblar.

Almaniyada dərc edilən “Die Welt” qəzetində (Boris Kalnoky imzası ilə dərc edilən yazıda) Türkiye ilə Yunanistan arasındaki gərginlikdən bəhs edilib.

“Türkiyə var qüvvəsi ilə silahlanır”

Məqalədə deyilir: “İki ölkənin silahlı qüvvələri bərabər qüvvədədir. Lakin iflas eləməkdə Yunanıstan illərdən bəri silahlanmaya sərmayə qoymadığı halda, Türkiyə var qüvvəsi ilə silahlanmaqdadır. Sadəcə dənizdə yox, hava qüvvələri, zirehli birliklər də modernləşdirilir”.

“BALANS DƏYİŞƏCƏK”

Yunanıstan iqtisadiyyatı durğunlaşdığı halda, Türkiyə iqtisadi və demoqrafik baxımdan inkişaf edir. İki ölkənin silahlı qüvvələri arasındakı balans bir neçə ildən sonra dəyişəcək.

Türkiyə daha çox güclənəcək. Üstəlik, qaçqın böhranına görə, Türkiyə siyasi baxımdan Yunanıstandan daha mühüm olacaq”.