Terrorçubaşı Qarayılan TÜRKİYƏYƏ “MEYDAN OXUDU”: BURDAYIQ, GƏLİN

Baxış sayı:
5428

CHP və Səadət Partiyasının "Qəndildə terrorçu qalmadı" sözlərinə qarşılıq terror təşkilatının terrorçubaşı Murad Qarayılan hazırda Qəndildə olduqlarını açıqlayıb.
 
Türk Silahlı Qüvvələri (TSQ), terror təşkilatı PKK-nın əsas mərkəzlərindən biri olaraq göstərilən Qəndilə qarşı geniş əməliyyat başladıb.
Sərhədi keçərək regionda qətiyyətlə əməliyyatlar keçirən Türk əsgəri, Türkiyəyə terrorçuların keçidini əngəlləmək üçün bazalar qurmağa başlayıb.
 
CHP VƏ SƏADƏT ƏMƏLİYYATA QARŞI
 
Türk əsgərinin uğurlu əməliyyatlar keçirməsi, təşkilatın siyasi qanadı HDP ilə yanaşı, CHP və Səadət Partiyasında da narahatlığa səbəb olub.
Səadət Partiyasının lideri Təməl Karamollaoğlu, Qəndilə boşuna əməliyyat keçirildiyini, regionda terrorçuların olmadığını bildirib. CHP-dən də bu istiqamətdə açıqlamalar verilməklə, əməliyyatı qaralamağa, gözdən salmağa cəhd edilib.
 
QƏNDİLDƏ TÜRK BAYRAĞI UCALDILACAQ
 
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan əməliyyatların qətiyyətlə davam edəcəyini ifadə edərək Qəndilin PKK-dan təmizləyəcəyini təkrarlayıb.
Siyasi mübahisələr davam edərkən təşkilatın terrorçubaşı Murad Qarayılan bir açıqlama verib.
 
QƏNDİLİ BOŞALTMAMIŞIQ
 
Terrorçubaşı Qarayılan “Davamlı olaraq Qəndilə gedəcəyik deyirlər. Qəndili boşaltmadıq. Əgər məqsədləri bizsək, Qəndili boşaltmamışıq və onları gözləyirik.bütün tədbirlər görüldü" deyib.
 
AFRİNDEN QAÇMIŞDILAR
 
Türk Silahlı Qüvvələrinin(TSQ) “Zeytun Budağı” Hərəkatı çərçivəsində Afrinə doğru irəliləməsindən sonra terror təşkilatından oxşar açıqlamalar verilmişdi.
Ancaq Türk əsgəri regiona daxil olmaqla, PKK/YPG-li terrorçular silahlarını qoyub qaçdı.
Müxalifət.az