​İsraildən sərt AÇIQLAMA: İran vurulacaq

Baxış sayı:
2119

İsrail İran qüvvələrini yalnız sərhəddə deyil, eyni zamanda bütün Suriya ərazisində vuracaq.
Muxalifet.az xəbər verir ki, “Yerusalem Post” İsrailin Baş naziri Benyamin Netanyahunun Vladimir Putin və Mayk Pompeo ilə telefon danışıqları zamanı məhz bu fikri dilə gətirdiyini iddia edib.
“İlk olaraq İran Suriya ərazisindən çəkilməlidir. İkinci olaraq da İran və vəkillərinin Suriyada həm sərhədə yaxın, həm də ölkə daxilində hərbi varlığını təşkil etmək cəhdlərinə qarşı hərəkətə keçəcəyik. Onsuzda artıq hərəkətə keçmişik”, - Netanyahu bildirib.