Rusiya Xəzərdəki gəmilərini Aralıq dənizinə göndərdi
17-06-2018 22:55
Baxış sayı:
1969

Rusiyanın Xəzər donanmasına məxsus “Qrad Sviyajsk” və “Velikiy Ustyuq” kiçik raket gəmiləri Aralıq dənizinə daxil olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Qara dəniz donanmasının informasiya təminatı şöbəsindən informasiya yayılıb.
Məlumata görə, Sevastopoldan keçən gəmilər gün ərzində keçidi həyata keçirərək Rusiyanın birləşmiş hərbi dəniz donanmasının tərkibinə qatılmalıdırlar.