Türkiyə vətəndaşı: Səsvermə prosesi sabit, qanunauyğun şəkildə həyata keçirilir

Baxış sayı:
1792

“İlk dəfədir ki, Azərbaycanda Türkiyədə keçirilən prezident və parlament seçkiləri üçün səsvermədə iştirak edirəm. Bu əlamətdar hadisədir. Bu gün həyəcanlı, eyni zamanda da sevincli gündür”.
Muxalifet.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində səsverməyə gələn Bakıda yaşayan Türkiyə vətəndaşı Dilek Özlem deyib.
D.Özlem bildirib ki, səsvermədə aktivlik müşahidə olunur. Səsvermə üçün yaxşı şərait yaradılıb və vətəndaşlar gəlib istədikləri namizədə səs versinlər. Səsvermə prosesi sabit, qanunauyğun şəkildə həyata keçirilir.