Nikol Paşinyan Dağlıq Qarabağa gəlib
17-06-2018 10:33
Baxış sayı:
2455

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedib. Muxalifet.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan təmas xəttindəki mövqelərə baş çəkib “Baş nazir təmas xəttindəki mövqelərdə mühəndis infrastrukturları və istehkamlar, habelə müdafiənin təşkili üçün yeni texnologiyalarla tanış olub”, - deyə Ermənistan hökumətinin məlumatında bildirilir. Nikol Paşinyanı Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan, Ermənistanın müdafiə naziri və baş qərargah rəisi müşayiət edib.