17 azərbaycanlı Stavropoldan qovuldu - 5 il...
15-06-2018 21:56
Baxış sayı:
1708

Rusiya Federasiyası Miqrasiya Xidmətinin Stavropol diyar idarəsi 156 miqrantı deportasiya edib.
Muxalifet.az-ın məlumatına görə, onlardan 17 nəfəri Azərbaycan vətəndaşıdır.
Məlumata görə, həmyerlilərimiz 90 gün müddətində Rusiya Federasiyasında qalmaq haqda müddəti başa vursalar da, sonradan miqrasiya qaydalarına riayət etməyiblər.
Onlar 5 il müddətinə Rusiya ərazisinə daxil ola bilməyəcəklər.