Məhkəmə azərbaycanlı deputatla bağlı qərarını verdi
15-06-2018 21:02
Baxış sayı:
2140

Gürcüstanın Rustavi şəhər Məhkəməsi Marneuli insidentində adı hallanan azərbaycanlı deputat Azər Süleymanovla bağlı qərar qəbul edib.
Muxalifet.az-ın Gürcüstan bürosunun məlumatına görə, deputat 4 min lari məbləğində cərimə olunub.
A.Süleymanova qarşı zorakılıq üzrə ittiham irəli sürülüb.
Məhkəmə qərarı ilə Marneuli insidentində adı keçən Ramin Allahverdiyev və Marneuli rayon başçısı Temur Abazovun qohumu da hər biri 4 min lari məbləğində cərimə olunub.