Tramp açıqladı: ARTIQ RAHAT YATA BİLƏRSİNİZ

Baxış sayı:
7768

ABŞ prezidenti Donald Tramp, Şimali Koreyanın artıq nüvə təhdidi yaratmadığını deyib.
 
ABŞ prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Jong Un-la görüşdən qayıtdıqdan sonra Twitter-də mesaj yazıb. Artıq ölkəsindəki hər kəsin daha etibarda olduğunu qeyd edən Tramp, bu ifadələri işlədib:
“Artıq Şimali Koreya bir nüvə təhdidi deyil. Kim Jong-la görüşmək maraqlı və çox müsbət bir təcrübə idi. Şimali Koreyanın gələcək üçün möhtəşəm bir potensialı var. Mən vəzifəyə gəlməmişdən əvvəl, insanlar Şimali Koreya ilə müharibə edəcəyimizi sanırdı. Prezident Obama Şimali Koreyanın ən böyük və ən təhlükəli problem olduğunu söyləmişdi. Artıq deyil, bu gecə rahat yatın".
Müxalifət.az