SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Avtovağzal-Xırdalan dairəsində...
13-06-2018 14:20
Baxış sayı:
7819

İyunun 16-dan etibarən Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi hissəsində hər iki istiqamət üzrə asfalt-beton örtüyünün yenilənməsi işlərinə başlanılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu səbəbdən yolun sözügedən hissəsində işlər aparılan zolaqlar üzrə yol bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması təmir işləri bitənədək tətbiq ediləcək.