Qubernatordan saxlanılan Azərbaycanlı merlə bağlı AÇIQLAMA
13-06-2018 13:38
Baxış sayı:
7483

"Kvemo-Kartli bölgəsinin Marneuli rayonunun meri Temur Abazov ifadə vermək üçün prokurorluğa çağrılıb. Bir neçə saatdan sonra merlə əlaqədar rəsmi açıqlama olacaq".
Bunu Kvemo-Kartli bolgəsinin qubernatoru Qriqol Nemsadze bildirib.
Onun sözlərinə.gorə, hazırda prokurorluq T.Abazovla bağlı araşdırma aparır.
Qeyd edək ki, iyunun 13-də Gürcüstanın Marneuli şəhərinin azərbaycanlı meri Temur Abazov saxlanılıb. Onun saxlanılmasına səbəb kimi sakinlərlə pis rəftarı göstərilir.