Tramp onu söyən AKTYORA CAVAB VERDİ
13-06-2018 10:00
Baxış sayı:
6514

ABŞ prezidenti Donald Tramp keçən gün canlı yayında onu söyən Robert De Niroya ağır ifadələrlə cavab verib.
Tramp Sinqapurdan ABŞ-a qayıdarkən tvitter hesabında bunları yazıb: “Aşağı İQ-sü olan Robert De Niro flimlərdə gerçək boksçulardan başına çox yumruq yeyib. Dünən izləyib, onun sərsəm olduğuna inandım. Hesab edirəm, iqtisadiyyatımızdan xəbəri yoxdur və bir çox şirkətlərin yenidən ölkəyə qayıtdığının fərqində deyil. Oyan, sərsəm!”
Qeyd edək ki, öncəki gün Oskar mükafatı sahibi De Niro 72-ci “Tony mükafatı” törənində canlı yayında Trampı təhqir etmiş və zaldan böyük alqış almışdı.
Müxalifət.az