İsraildən yeni həmlə: TÜRKİYƏDƏKİ SEÇKİLƏRİ GÖZLƏYƏCƏYİK..

İsrail parlamenti Knessetdə bu gün səsverməyə çıxarılması planlaşdırılan, "Qondarma Erməni soyqırımının tanınması" layihəsinin müvəqqəti olaraq rəfə qaldırıldığı açıqlanıb. İsrail mətbuatında yer alan xəbərlərdə, Knessetdə layihə bağlı səsvermənin Türkiyədəki 24 iyun seçkilərindən sonra keçiriləcəyi qeyd olunub.
ABŞ prezidenti Donald Trampın rəsmi olaraq Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra gərginləşən Türkiyə-İsrail münasibəti, 26 iyunda daha da gərginləşəcək kimi görünür. Başda Türkiyə olmaqla, bir çox Avropa Birliyinə üzv ölkənin təpki göstərdiyi bu hadisə və İsrailin Fələstinlilərə qarşı kütləvi qətliam törətməsindən sonra İsrailli siyasətçilər, "qondarma erməni soyqırımı" nı rəsmi olaraq tanımaq istəyirdi.
Bir qrup İsrailli deputatlar, “qondarma erməni soyqırımı”nı tanımaq üçün Knessetdə səsvermə keçirilməsini istəmiş və bu tələbə müsbət cavab verilmişdi. Bu gün Knessette səsverməyə çıxarılması planlaşdırılan layihənin müvəqqəti olaraq rəfə qaldırıldığı açıqlanıb. İsrail mətbuatı, Knesset sözçüsü Yuli Edelstein ilə “Meretz” Partiyasının sədri Tamar Zandbergin razılaşdığını və 26 iyunda səsvermənin keçiriləcəyini yazıb.
İsrail mətbuatı, Knessetdən “erməni soyqırımı” ilə bağlı dəyişikliyin Türkiyə daxili siyasətinə təsir edəcəyini və seçkilər ərəfəsində əlaqələri daha gərginləşdirə biləcəyini yazıb.
Müxalifət.az