Qəndilə 90 GÜNƏ BAYRAQ TAXILACAQ

Türk əsgərinin 90 gün ərzində Qəndilə bayraq taxacağını bildirən təqaüddə olan general-polkovnik Pekin, həm Türkiyə, həm də bölgə xalqının tam təhlükəsizliyi üçün sərhədin xəritəsinin mütləq dəyişməsinin lazım olduğunu bildirib.
1990-cı illərdə 5-ci Sərhəd Alay Komandanlığı vəzifəsində olduğunu xatırladan İsmayıl Haqqı Pekin, Şimali İraqda tətbiq olunan üsulun bu dəfə fərqli olduğunu dilə gətirərək bunları söyləyib:
XÜSUSİ BİR ÜSUL.
"Terror təhdidinin artması 90-cı illər və sonra təşkil olunan sərhəddən kənar əməliyyatlar olub ki, burada da 30-35 min əsgər və birdən çox diviziya iştirak edib. İndi atılan addımlar isə daha çox etibarlı bir qurtarma xətti yaratmaq və terror mərkəzlərinə gedən yolları təmizləmək xüsusiyyəti daşıyır. Hazırda Türkiyə quru və hava kəşfiyyatı baxımından çox daha yaxşı bir mövqedədir və bu vəziyyət mütləq mənada mövcud əməliyyata əks olunacaq. Regionda hazırda sərhəd birliklərimiz və bir neçə Xüsusi Təyinatlı Birliklərdən gələn məhdud sayda əsgərlərimiz vuruşur. Lojistik xəttin etibarlı olmasından sonra ölkə daxilində aktiv 12 desant briqadası və Xüsusi Qüvvələrdən təcrübəli əsgərlər bölgəyə sövq ediləcək. Bu əməliyyatın təqib edilən metod etibarilə özünə xas bir transmilli hərəkat olacağını düşünürəm. Bu dəfə bir neçə min əsgərlə bütün region terrordan təmizlənəcək. Bu məqamda ən mühüm amil heç şübhəsiz, vertolyot, təyyarə və İHA dəstəyi olacaqdır".
DİPLOMATİYA ÇOX ƏHƏMİYYƏTLİDİR
"Hazırda Türkiyənin regional aktyorlarla müsbət əməkdaşlığı PKK-nın əsas bazasına vurulacaq zərbə məsələsində böyük imkanlar yaradacaq. Türkiyə həm Bərzani, Tələbani və digər yerli aktyorlarla, həm də İraq rəhbərliyi və İranla yaxşı əlaqələr qurub. Qəndil əməliyyatı məsələsində ABŞ-ın da əngəl ola biləcək hər hansı bir addımı da yoxdur. Hadisənin diplomatiya ayağında doğru addımlar atılmağa davam edildiyi təqdirdə, əlimiz daha çox güclənəcəkdir".
90 GÜNDƏ QƏNDİLƏ BAYRAQ TAXILACAQ
"Qəndildə terror mərkəzinin məhv edilməsi, hərbi olduğu qədər, psixoloji baxımdan da böyük əhəmiyyət daşıyır. Türk əsgəri 90 gün ərzində Qəndilin zirvəsinə Türk bayrağını sancacaq. “Fərat Qalxanı”, “Zeytun Budağı” və sonra gələcək Qəndil qələbəsi ilə PKK çox ciddi bir çözülmə prosesinə girəcək. Kato dağından başlayan hazırlıq mərhələsindən bu yana davam edən əməliyyatlar hazırkı vəziyyətdə belə İran, İraq, Türkiyə və Suriyadakı PKK-lılarda böyük bir təşvişə səbəb olub. Türkiyə bir tərəfdən öz təhlükəsizliyini, digər tərəfdən, bölgə xalqının yeni terror təhdidlərinə məruz qalmaması üçün mövcud sərhəd xəritəsini dəyişməlidir. İraqın içlərinə doğru 80 kilometrlik bir təhlükəsizlik zolağı yaradılmazsa, gələcək illərdə bölgədə bizim üçün yeni təhdidlər baş qaldıra bilər. İndi tam vaxtıdır və Türkiyə bu məsələdə ciddi addımlar atmalıdır. Mövcud xəritənin dəyişməsi üçün mövcud konyuktura da uyğundur".
Müxalifət.az