​Səudiyyədən islam dünyasını şoka salan addım - Foto

Baxış sayı:
5608

Səudiyyə Ərəbistanı Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının başlaması ərəfəsində qalmaqala imza atıb.
Muxalifet.az  xəbər verir ki, Səudiyyədə üzərində ölkə bayrağı olan toplar istehsal edilib. Bu addım islam aləmində rezonans doğurub. Belə ki, Səudiyyə bayrağının üzərində olan Kəlmeyi-Tövhidin ayaqlar altında qalacaq olması dindarların qəzəbinə səbəb olub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı bayrağında “Allahdan başqa ilah yoxdur, Məhəmməd onun rəsuludur” yazılmış Kəlmeyi-Tövhid əks olunub.