Yunanıstandan sürpriz ƏRDOĞAN AÇIQLAMASI

Yunanıstanın xarici işlər naziri Nikos Kocias, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "xarizmatik bir şəxsiyyət" olduğunu deyib. Buna qarşı, 24 iyun seçkiləri öncəsi Türkiyədə müxalifəti tənqid edib.
Nikos Kocias "Faner" televiziyasına verdiyi müsahibədə "Türkiyə ilə böyük problemimiz mövcuddur. Bizi narahat edən məsələlərdə Ərdoğan hakimiyyətindən daha yaxşı olmayan müxalifətin varlığıdır. Ərdoğan, onlardan (müxalifəti nəzərdə tutur) daha tutarlı və xarizmatik bir şəxsiyyətdir" deyib.
Kocias, CHP-nin Egey dənizində 18 adanın Yunanıstan tərəfindən işğal edilməsinə dair çıxışlarını nəzərdə tutaraq "Adalar ilə bağlı mövzunu başladan müxalifətdir. Güman edirəm ki, bu, bir problemdir" deyə, əlavə edib.
Yunanıstanın və bütün dünyanın Türkiyədə seçkiləri və sonrasını maraqla gözlədiyini qeyd edən Nikos Kocias, "Türkiyədə demokratiyanın işləməsini, demokratik seçkilər keçirilməsini, Türk xalqının istədiyi, sevdiyi və üstünlük verdiyi prezidentinin seçilməsini arzulayıram" deyə, bildirib.
Müxalifət.az