PKK “yox” olduqca İNGİLİSLƏR NARAHAT OLDULAR

Baxış sayı:
5158

“Financial Times” Türkiyənin Qəndildəki PKK-lı terrorçulara qarşı əməliyyatına dözə bilməyərək açıq-aşkar düşmən münasibətini ortaya qoyub. “Financial Times” Türkiyənin bölgədə kifayət qədər qüvvəsinin olmadığını, Bağdadın bu əməliyyata qəzəblənəcəyini yazıb.

Türkiyə həm Suriyada, həm də Şimali İraqda PKK-lı terrorçulara qarşı əməliyyatlara davam edir. Sərhəddəki bütün PKK düşərgə və gizli yuvalarını yerlə bir edən TSQ, quru və hava qoşunları ilə bölgədə fəaliyyətini davam etdirir.
PKK-lı terrorçular İHA-larla təsbit edilir, sonra verilən koordinatlar nəticəsində anındaca havadan və qurudan bir-bir zərərsizləşdirilir. Yaradılan 11 hərbi baza ilə terrorçulardan təmizlənən ərazilər təhlükəsizlik altına alınır.
 
TANKLAR YERLƏŞDİRİLDİ
 
TSQ-nin başlıca olaraq Qəndil əməliyyatı çərçivəsində Hakurk bölgəsinə və daha əvvəldən qurulmuş 11 ayrı bazalara tanklar sövq edib. Tanklar, bu an üçün bir quru hərəkatı ilə əlaqəli deyil, terrorçuların Türkiyəyə sızmalarının tam nəzarət altında saxlanılması üçün üzərindəki termal kameralarından istifadə edilmək məqsədilə bölgədədir.
Müxalifət.az