Tramp və Kim-in imzaladığı SƏNƏDİN MAHİYYƏTİ BƏLLİ OLDU

Baxış sayı:
4390

ABŞ və Şimali Koreya yeni əlaqələr və sülh üçün hazırdır. Bu barədə iki ölkənin sonda imzalandığı birgə sənəddə deyilir.
 
"Prezident Tramp  və Kim Jong ABŞ-la KXDR arasında yeni əlaqələrin qurulması və Koreya Yarımadasında davamlı və sərt sülhün bərqərar olması yönündə fikir mübadiləsi aparıblar” deyə sənəddə bildirilib.
Bundan əlavə, Amerika Birləşmiş Ştatları və KXDR liderləri 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı itkin düşmüş Amerika əsgərlərinin qalıqlarının tapılması barədə razılığa gəliblər. "ABŞ və Şimali Koreya hərbi əsirlərin qalıqlarını tapmaq və artıq müəyyən olunmuş qaydada sürətli şəkildə qaytarılmasına sadiqik", deyə - sənəddə deyilir.
Müxalifət.az