TSQ Qəndil ətrafında PKK-nın daha 2 HƏRBİ DÜŞƏRGƏSİNİ ƏLƏ KEÇİRDİ
12-06-2018 10:54
Baxış sayı:
4492

Şimali İraqın sərhəd xəttində və Qəndil ətrafında 11 baza yaradan TSQ, terror təşkilatı PKK-nın kökünü kəsmək üçün düyməyə basıb. Türkiyə prezidenti Ərdoğan dünən Qəndilə hərəkatın rəsmən başladığını bəyan edib. Ərdoğan, 20 təyyarə ilə 14 hədəfin məhv edildiyini açıqlayıb. Digər tərəfdən, Türk əsgəri Qəndili əhatə edən PKK-ya aid Hakurk və Armuş düşərgələri ilə Bradost bölgəsinin nəzarətini də tamamilə təmin edib. Bu düşərgələrin ələ keçirilməsi terror təşkilatı PKK-nın Türkiyəyə qarşı hücumlarda istifadə etdiyi ən önəmli keçid xətti qapadılıb. Coğrafi şərtlər səbəbi ilə addım-addım irəliləyən Türk əsgəri hər an Qəndilə qarşı “bitirmə” əməliyyatı başlaya bilər.
Müxalifət.az