Gürcüstan parlamentinin qarşısına XÜSUSİ TƏYİNATLILAR VƏ POLİS CƏLB EDİLİR
11-06-2018 17:12
Baxış sayı:
2560

Tbilisinin mərkəzində polis müxalifət partiyası “Vahid Milli Hərəkat”ın bir neçə üzvünü parlamentin qarşısındakı etiraz aksiyasında saxlayıb və etirazçılar tərəfindən qurulan çadırları söküb.
Gürcüstan Parlament binasının yaxınlığında vəziyyəti qızışıb. Hökümət xüsusi təyinatlı qüvvələri və yüzlərlə polisi səfərbər edib və parlamentin qarşısına doğru irəliləyirlər.
"Rustavi 2" televiziyasının verdiyi xəbərə görə, müxalifət millət vəkili Nika Melia saxlanılıb. Nümayişçilər, Melia'ya qarşı polis tərəfindən fiziki zorakılıq tətbiq edildiyini bildirirlər.
Müxalifət.az