Bayram namazının vaxtı bilindi: nə qədər fitrə verilməlidir?

Baxış sayı:
3958

Bayram namazı iyunun 15-i, saat 09:00-da qılınacaq.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli söyləyib. O, Ramazan ayının son günü fitrə çıxarmaq lazım olduğunu deyib:

“Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

100 kiloqram arpa, buğda, kişmiş, un, xurma ərzaq növlərinin məbləğində fitrə zəkatı ayrılmalıdır. Ailə başçısı hər bir ailə üzvünün adından zəkat verə bilər”.