Məşhur kino ulduz De Niro, TRAMPI PİS SÖYDÜ VƏ ALQIŞLANDI
11-06-2018 12:50
Baxış sayı:
2380

Kino aktyor Robert De Niro, ABŞ prezidenti Donald Trampı canlı yayımlanan “Tony Teatrı” mükafatının verilməsi mərasimində pis söyüşlə təhqir edib.De Nironun Trampı söyməsi sürəkli alqışlarla dəstəklənib.
Bu haqda “The Telegraph” məlumat verib.
De Niro teatr nailiyyətləri üçün “Tony Teatrı” fəxri mükafatını qazanan musiqiçi Bruce Springsteen'i tamaşaçılara təqdim etməyə hazırlaşarkən mikrofona yaxınlaşıb və "Yalnız bir şey söyləyəcəyəm – Trampın ....... , cəhənnəm olsun, Tramp".
Qeyd edək ki, salonda oturan teatr aktyorları, rejissorlar və prodüserlər De Nironu Trampı söydüyünə görə alqışlayıblar. Alqışlardan sonra De Niro səhnəyə Springsteen'i çağırıb və "dövlətin həqiqəti, plüralizmi və vicdanı üçün" mübarizə aparmağa çağırıb.
Müxalifət.az